TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA AQFETM-in brifinqində iştirak edib

TÜRKPA AQFETM-in brifinqində iştirak edib

Tarix
Baxış
4
2021-ci ilin 8 sentyabr tarixində baş katibin müavini Talqat Aduov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) üzv ölkələrinin missiya başçıları, müşahidəçi ölkələr, müşahidəçi və tərəfdaş təşkilatlar üçün Qazaxıstan Respublikası xarici işlər nazirinin birinci müavini Şaxrat Nurışev tərəfindən keçirilən brifinqdə iştirak edib. Hibrid formatda baş tutan brifinq AQFETM üzv ölkələri xarici işlər nazirlərinin 2021-ci ilin 11-12 oktyabrında keçiriləcək 6-cı iclasının gündəliyinə və AQFETM-in beynəlxalq təşkilata çevrilməsi perspektivlərinə həsr edilmişdir. TÜRKPA 2012-ci ildən AQFETM-də müşahidəçi statusa malikdir. Assambleya iki qurum arasında inkişaf etməkdə olan əməkdaşlıq fonunda AQFETM-in beynəlxalq təşkilata çevrilməsi təşəbbüsünü müsbət qiymətləndirir.