TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Parlamentlərarası Spikerlər Konfransının nümayəndə heyəti TÜRKPA-nı ziyarət edib

Parlamentlərarası Spikerlər Konfransının nümayəndə heyəti TÜRKPA-nı ziyarət edib

Tarix
Baxış
1417

8 avqust 2026-cı il tarixində Parlamentlərarası Spikerlər Konfransının Baş katibi cənab Ek Nat Dakalın rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyini ziyarət edib.

Qonaqları salamlayan TÜRKPA Baş katibinin müavini cənab Bektur Bazakeçov, TÜRKPA Baş katibi cənab Ramil Həsənin salamlarını çatdırıb.

Öz növbəsində, cənab Ek Nat Dakal səmimi qəbula görə minnətdarlığını ifadə edib və səfərin TÜRKPA və onun fəaliyyəti ilə yaxından tanış olmaq baxımından dəyərli imkan yaratdığını qeyd edib. O, təşkilatın fəaliyyəti barədə məlumat verib və qarşılıqlı maraq doğuran sahələrdə birgə proqramların həyata keçirilməsi, təcrübə mübadiləsi və ekspert biliklərinin mübadiləsi də daxil olmaqla, TÜRKPA ilə sıx əməkdaşlıq qurmaqda maraqlı olduqlarını bildirib.

Cənab Bektur Bazakeçov qonaqlara TÜRKPA-nın strukturu və əsas fəaliyyət istiqamətləri barədə məlumat verərək, Assambleyanın parlamentlərarası əməkdaşlığın və dialoqun təşviqindəki rolunu vurğulayıb.

Görüşdə Parlamentlərarası Spikerlər Konfransı tərəfindən Katibliyin Beynəlxalq əməkdaşlıq üzrə direktoru cənab Hajime Saito, TÜRKPA Beynəlxalq Katibliyi tərəfindən isə Komissiya katibləri Aynurə Abutalibova və Mirlan Usenkanov, həmçinin Protokol xidmətinin müdiri Yadigar Məmmədov iştirak ediblər.