TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti TÜRKPA nümayəndə heyətini qəbul edib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti TÜRKPA nümayəndə heyətini qəbul edib

Tarix
Baxış
450

20 iyul 2026-cı il tarixində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman ŞKTC-yə səfər çərçivəsində TÜRKPA-nın Baş katibini təmsil edən, TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən Bektur Bazakeçovun rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyətini qəbul edib.

Tərəflər ŞKTC-nin Parlamentinin TÜRKPA-ya müşahidəçi qismində qoşulmasını yüksək qiymətləndirərək, bu çərçivədə formalaşan əməkdaşlığın getdikcə genişləndiyini vurğulayıblar. Eyni zamanda, onlar davamlı dialoq və birgə təşəbbüslər vasitəsilə parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ortaq iradələrini bir daha təsdiq ediblər.

TÜRKPA nümayəndə heyəti ŞKTC-тin Prezidenti Tufan Erhürman və ŞKTC-nin Parlamentinin sədri Ziya Öztürkler adından qonaqların şərəfinə təşkil edilmiş rəsmi qəbulda, eləcə də Dr. Fazıl Küçük bulvarında keçirilən paradda iştirak edib.

Görüşdə TÜRKPA Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Kadir Yaman da iştirak edib.