TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA və DTİK Bakıda birgə tədbir keçirib

TÜRKPA və DTİK Bakıda birgə tədbir keçirib

Tarix
Baxış
549

11 iyun 2026-cı il tarixində TÜRKPA Beynəlxalq Katibliyinin Dünya Türk İş Şurasının (DTİK) Azərbaycan  Respublikasındakı Nümayəndəliyi ilə birgə təşkilatçılığı və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə “Four Seasons Baku” hotelində tədbir keçirilib.

1-ci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması çərçivəsində təşkil olunan tədbir türk dünyasının mədəni irsinin və iqtisadi əməkdaşlığa dair baxışın təşviqi, xüsusilə işgüzar əməkdaşlığın, iqtisadi və mədəni inteqrasiyanın gücləndirilməsi, eləcə də türk dövlətləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədlərini daşıyıb. Tədbirdə türk dövlətlərinin diplomatik nümayəndəliklərinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, Azərbaycanda Respublikasında fəaliyyət göstərən türk sahibkarları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri açan DTİK-in Azərbaycan Respublikasındakı nümayəndəsi Barış Altıparmak iştirakçılara təşəkkürünü bildirib, DTİK-in 90 ölkədə fəaliyyət göstərdiyini və təşkilatın Türk Dövlətləri Təşkilatının “Türk dünyasına baxış-2040” sənədinə uyğun olaraq üzv dövlətlər arasında sosial və iqtisadi əməkdaşlığa verdiyi töhfələri vurğulayıb. Barış Altınparmak türk dövlətlərinin “Birlikdə daha güclüyük” şüarının artıq regional çərçivəni aşaraq qlobal geosiyasi reallığa çevrildiyini qeyd edib.

TÜRKPA-nın Baş katibi Ramil Həsən öz çıxışında Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və sonradan Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Zirvə görüşündə qəbul edilən 1-ci Türkoloji Qurultayının 100 illik yubileyinin qeyd olunmasına dair qərarın əhəmiyyətini vurğulayıb. Bu baxımdan, Baş katib TÜRKPA, DTİK və Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən birgə təşkil olunan tədbirin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Baş katib, həmçinin Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) türk dövlətləri arasında əlaqələrin inkişafında rolunu və strateji əhəmiyyətini vurğulayıb, Assambleyanın milli qanunvericiliklərin uyğunlaşdırılmasının təşviq edilməsinə, model qanunların qəbul edilməsinin dəstəklənməsinə, eləcə də Türk Dövlətləri Təşkilatı tərəfindən qəbul edilən mühüm qərarların milli qanunvericiliyə inteqrasiyası məqsədilə onların parlamentlər tərəfindən qəbul edilməsinin asanlaşdırılmasına töhfə verdiyini və gələcəkdə də verə biləcəyini vurğulayıb.

Öz növbəsində, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri professor, doktor Birol Akgün TÜRKPA-nın fəaliyyətinin əhəmiyyəti vurğulayıb, onun türk dövlətləri arasında əməkdaşlığın və əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələri qeyd edib. O, həmçinin davam edən qlobal geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda türk dünyasının strateji əhəmiyyətinin artmaqda davam etdiyini və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq modelinin XXI əsr üçün gələcəyə yönəlmiş tərəfdaşlığa dair baxışın əks etdirdiyini bildirib.

Tədbir iştirakçıları türk dövlətləri arasında əməkdaşlığın və əlaqələrin daha da gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Proqram çərçivəsində Azərbaycan bəstəkarı və pianoçu Turan Manafzadənin konserti, eləcə də rəsm sərgisi nümayiş etdirilib.