TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA ADA Universitetində təşkil edilmiş mühazirələrdə iştirak edib

TÜRKPA ADA Universitetində təşkil edilmiş mühazirələrdə iştirak edib

Tarix
Baxış
1061

18 iyun 2026-cı il tarixində TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının katibi vəzifəsini icra edən  Mirlan Usenkanov ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən “Azərbaycan–Suriya münasibətləri” mövzusunda təşkil edilmiş Qlobal Perspektivlər üzrə Mühazirələr Silsiləsində iştirak edib.

Tədbirdə akademik dairələrin, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların nümayəndələri və tələbələr iştirak ediblər, eyni zamanda regional proseslər, münaqişədən sonrakı bərpa məsələləri, Azərbaycan və Suriya arasında əməkdaşlığın gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Mühazirə Suriya Ərəb Respublikasının Xarici İşlər və Xaricdə Yaşayan Suriyalılar Nazirliyinin Diplomatik İnstitutunun direktoru Yasser Al-Cundi tərəfindən təqdim olunub. O, öz çıxışında Azərbaycan–Suriya münasibətlərində son dövrdə baş verən inkişaflardan bəhs edib, siyasi, iqtisadi, təhsil və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini diqqətə çatdırıb.

Mühazirədə, həmçinin siyasi, iqtisadi, təhsil və inkişaf sahələrində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan Azərbaycan–Suriya ikitərəfli münasibətlər üzrə 2026–2030-cu illər üçün Yol Xəritəsinə xüsusi diqqət yetirilib.