Türkiyə Səfirliyinin təhsil müşaviri Baş katibə nəzakət ziyarəti edib
Tarix
Baxış
33
9 fevral 2022-ci il tarixində Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin təhsil müşaviri Nihat Büyükbaş TÜRKPA Katibliyini ziyarət etmiş və Baş katib Mehmet Süreyya Er ilə görüşmüşdür.
Müşavir TÜRKPA-nın fəaliyyətini yaxından izlədiklərini bildirmiş və Təhsil Müşavirliyinin fəaliyyəti barədə Baş katibi məlumatlandırmışdır.
Tərəflər TÜRKPA-nın üzv ölkələri arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparmışdır.