TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Türkistanda Şuşa Günləri keçirilib

Türkistanda Şuşa Günləri keçirilib

Tarix
Baxış
5
5-6 oktyabr 2023-cü il tarixlərində Baş katib Mehmet Süreyya Er Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə Türkistan şəhərində Türk Mədəniyyəti və İrsi Fondu və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilən “Şuşa Günləri” tədbirində iştirak edib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Nizami Cəfərov və Fatma Yıldırım, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Türkistan vilayəti qubernatorunun müavini Beysenbay Tacıbayev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, eləcə də digər qonaqlar iştirak ediblər. Türkistan vilayəti qubernatorunun müavini Beysenbay Tacıbayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tədbirdə çıxış ediblər. Bayram proqramı Şuşanın görkəmli rəssamlarının əsərlərinin sərgisi ilə başlayıb. Tədbir Gülnarə Xəlilovanın hazırladığı “Qarabağ” Azərbaycan milli qadın geyim kolleksiyasının təqdimatı ilə davam edib. Proqramda həmçinin Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığından bəhs edən filmin nümayişi, Azərbaycan muğam qrupunun, Fondun tabeliyində yaradılmış “Yeddi gözəl” musiqi ansamblının çıxışları olub. Proqram çərçivəsində qonaqlar Türkistan vilayətinin qubernatoru Darxan Satıbaldı və Türkistan şəhərinin meri Nurbol Turaşbekov ilə görüşüblər. Tərəflər “Şuşa Günləri”nin bütün türk dünyası üçün mühüm hadisə kimi Şuşanın qardaş şəhəri olan Türkistanda təşkil olunmasından məmnunluq ifadə ediblər. Həmçinin proqram çərçivəsində nümayəndə heyətlərinin Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinə ziyarəti də təşkil olunub. Türk Mədəniyyəti və İrsi Fondu ilə Universitet arasında əməkdaşlıq memorandumu imzalanıb. Eyni gün Türkistan şəhəri meriyasının təşkilatçılığı ilə qonaqlar üçün Xoca Əhməd Yəsəvi məqbərəsi, “Etno Auyl” kəndi və “Uly Dala Eli” (Böyük Çölün xalqı) sərgi mərkəzi, Birinci Prezidentin adını daşıyan park, eləcə də uçan teatra ziyarətlər də daxil olmaqla, mədəni proqram təşkil olunub.