Milli Məclisin sədri baş katibi qəbul edib
Tarix
Baxış
32
19 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova TÜRKPA baş katibi Mehmet Süreyya Eri qəbul etmişdir.
Sahibə Qafarova baş katibi vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Baş katib öz növbəsində səmimi qonaqpərvərliyə və Milli Məclisin TÜRKPA-nın fəaliyyətinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Görüş zamanı tərəflər Assambleyanın cari və gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.