KKTC-nin Baş naziri TÜRKPA Baş katibini qəbul edib
Tarix
Baxış
5
19 noyabr 2025-ci il tarixində Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) Baş naziri cənab Ünal Üstel Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Səmimi və işgüzar mühitdə baş tutan görüşdə Baş katib TÜRKPA-nın son dövrdə həyata keçirdiyi əsas layihələr barədə məlumat verib. O, Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının rəhbərliyi ilə Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə Kuzey Kıbrıs Türk Cumhuriyyətinə göstərilən yüksək səviyyəli dəstəyi xüsusi vurğulayıb. Baş katib, həmçinin KKTC-nin TÜRKPA ilə müşahidəçi statusu çərçivəsində faydalı və dinamik əməkdaşlığından bəhs edərək Assambleyanın səlahiyyətləri daxilində KKTC-yə gələcək fəaliyyətlərində mümkün olan bütün dəstəyi göstərməyə hazır olduğunu qeyd edib.
Cənab Ramil Həsən TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri cənab Yerlan Koşanovun rəhbərliyi ilə Assambleyanın 2026-cı il üçün mühüm, strateji və irimiqyaslı təşəbbüslər planlaşdırdığını qeyd edib. O, bu təşəbbüslərin bir çoxunda KKTC nümayəndə heyətinin də aktiv şəkildə iştirak edəcəyinə ümid etdiyini bildirib.
Baş nazir cənab Ünal Üstel TÜRKPA nümayəndə heyətinin KKTC-yə səfərindən məmnunluğunu ifadə edərək qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və KKTC-yə göstərilən dəstəyin ardıcıl şəkildə davam edəcəyinə inandığını vurğulayıb.
Görüşdə Baş katibin müavinləri Talqat Aduov və Muhammet Alper Hayali, Beynəlxalq Katibliyin əməkdaşı Ələsgər Ağayev iştirak edib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026