Bakıda “Yaşanıla bilən və dayanıqlı irs şəhərləri” mövzusunda beynəlxalq konfrans keçirilib
Tarix
Baxış
49
10 oktyabr 2023-cü il tarixində Baş katibin müavini vəkili Sakı Sadıkov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Türk Dövlətləri Təşkilatının birgə təşkilatçılığı ilə “Yaşayanıla bilən və dayanıqlı irs şəhərləri” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Tədbirin açılış mərasimində Azərbaycanın dövlət rəsmiləri, beynəlxalq təşkilatlar və digər qurumların nümayəndələri iştirak ediblər.
Konfransda tarixi şəhərlərin idarə olunması, tarixi abidələrin qorunması və bərpası, dayanıqlı turizm, tarixi şəhərlərdə və qoruqlarda rəqəmsal transformasiya, muzey işinin təşkili və digər məsələlər müzakirə olunub.