TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Ankarada TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 11-ci iclası keçirilib

Ankarada TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 11-ci iclası keçirilib

Tarix
Baxış
236

21 may 2026-cı il tarixində Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə Ankarada TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 11-ci iclası keçirilib.

“TÜRKPA üzv dövlətlərində ətraf mühitin çirklənməsi: problemlər və əməkdaşlıq perspektivləri” mövzusuna həsr olunmuş iclasa komissiyanın sədri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü cənab Əhliman Əmiraslanov sədrlik edib.

Açılış mərasimində Komissiyanın sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Əhliman Əmiraslanov, Türkiyə Böyük Millət Məclisinin üzvü cənab Kadim Durmaz, Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü cənab Duysenbay Turqanov (onlayn), Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü cənab Ali Bektayev (onlayn), Qırğız Respublikasının Jogorku Keneşinin üzvü cənab Irısbek Atajanov və TÜRKPA Baş katibinin müavini cənab Muhammet Alper Hayali çıxış ediblər.

Açılış nitqlərindən sonra Komissiya üzvləri gündəlikdəki məsələləri müzakirə ediblər. İclasın əsas mövzusu üzrə hazırlanmış və 2026-cı ilin oktyabr ayında Qırğızıstanda keçiriləcək TÜRKPA-nın 15-ci Plenar Sessiyasına təqdim olunacaq hesabat məruzəsi və tövsiyə qərarı nəzərdən keçirilib və təsdiq edilib.

Bundan əlavə, Komissiya tərəfindən Azərbaycan Respublikası Milli Məclisi Sosial qanunvericilik şöbəsinin müdiri cənab Adil Vəliyevin təqdim etdiyi “Kurortlar, sahilyanı sağlamlıq və təbii müalicə yerləri haqqında” Model Qanun layihəsi müzakirə olunaraq qəbul edilib.

Komissiya iclasında iştirak edən qonaq beynəlxalq təşkilatların nümayəndələri — Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş məmuru Dr. Yusif Hüseynov və iƏT Regionu üzrə Təmiz Enerji Mərkəzindən kommunikasiya üzrə meneceri Asif Məmmədzadə də çıxış ediblər.

İclasın sonunda Komissiyanın 12-ci iclasının gələn il Azərbaycanda keçirilməsi qərara alınınıb.