TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Ümumdünya Ticarət Təşkilatının İctimai Forumunun Parlament üzrə İşçi Sessiyasında iştirak edib

TÜRKPA Ümumdünya Ticarət Təşkilatının İctimai Forumunun Parlament üzrə İşçi Sessiyasında iştirak edib

Tarix
Baxış
422

17 sentyabr 2026-cı il tarixində TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi Aynurə Abutalıbova Cenevrədə Ümumdünya Ticarət Təşkilatının İctimai Forumu çərçivəsində keçirilən “Parlamentarilərin xidmətlər üzrə dayanıqlı ticarətə cəlb edilməsi” mövzusunda Parlament İşçi Sessiyasında iştirak edib.

Sessiya Avropa Parlamenti və Parlamentlərarası İttifaqın birgə təşəbbüsü ilə keçirilən Ümumdünya Ticarət Təşkilatının Parlament Konfransı tərəfindən təşkil olunub.

Surinam Parlamentinin üzvü Rosselli Cotino-nun moderatorluğu ilə keçirilən sessiyada müxtəlif ölkələri təmsil edən parlamentarilər və nümayəndələr iştirak ediblər.

Müzakirələr dayanıqlı iqtisadi artıma, sosial inklüzivliyə və xidmətlər üzrə ticarətin inkişafına töhfə verən siyasətlərin formalaşdırılmasında parlamentlərin iştirakının əhəmiyyətinə, həmçinin ekoloji çağırışların və iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması məsələlərinə həsr olunub.