TÜRKPA Ümumdünya Ticarət Təşkilatının Forumunda iştirak edir
198
15 sentyabr 2026-cı il tarixində TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi Aynurə Abutalıbova Parlamentlərarası İttifaqın dəvəti ilə Cenevrədə “Gələcəyi gücləndirmək” mövzusunda öz işinə başlayan Ümumdünya Ticarət Təşkilatının (ÜTT) İctimai Forumunda iştirak edir.
Üç gün davam edəcək Forum çərçivəsində biznes, hökumət, vətəndaş cəmiyyəti, akademik dairələr və beynəlxalq təşkilatların nümayəndələri daxil olmaqla 4 600-dən çox iştirakçının bir araya gəlməsi nəzərdə tutulur.
İctimai Forum texnoloji innovasiyaların, geosiyasi dəyişikliklərin, iqlim problemlərinin və biznes modellərinin inkişafının gələcəyin ticarət sisteminə necə təsir göstərəcəyini müzakirə edən yüksək səviyyəli panel müzakirəsi ilə öz işinə başlayıb.
İctimai Forum ÜTT-nin hər il keçirilən ən böyük ictimai tədbiridir. Bu il keçirilən Forumda 113 sessiya çərçivəsində rekord sayda – 540 məruzəçi iştirak edir.