TURKPA Türk Dünyası Bəstəkarlarının Birinci Qurultayının Qala Açılış Konsertində iştirak edib
251
18 sentyabr 2026-cı il tarixində TURKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının katibi Dr. Kadir Yaman və TURKPA Baş katibinin köməkçisi Təhminə Bakiyeva Bakı şəhərində keçirilən Türk Dünyası Bəstəkarlarının Birinci Qurultayının Qala Açılış Konsertində iştirak ediblər.
Konsert Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Bakıda yerləşən ICESCO Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının əməkdaşlığı çərçivəsində XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunub.
Konsertdən əvvəl iştirakçılar Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgiyə baxış keçiriblər.
Konsert proqramında Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkiyə, Özbəkistanın, Türkmənistanın və Macarıstanın bəstəkarlarının əsərləri təqdim olunub. Əsərlər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən dirijor Fuad İbrahimovun rəhbərliyi ilə ifa edilib. Konsertdə solistlər Sándor László, Nicat Salmanov və Alim Sadıqov çıxış ediblər.