TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA TDT-nin aparıcı milli analitik mərkəzlərinin II Beynəlxalq Konfransında iştirak edib

TÜRKPA TDT-nin aparıcı milli analitik mərkəzlərinin II Beynəlxalq Konfransında iştirak edib

Tarix
Baxış
348


16 sentyabr 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən Bektur Bazakeçov Bakı şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) aparıcı milli analitik mərkəzlərinin “Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə gücləndirilməsi” mövzusunda II Beynəlxalq Konfransında iştirak edib.


Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Respublikasından müxtəlif dövlət qurumlarının, analitik mərkəzlərin, tədqiqat institutlarının və digər təşkilatların nümayəndələri iştirak ediblər.


Konfrans iştirakçıları TDT üzv dövlətləri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi perspektivlərini, institusional mexanizmləri və ortaq tədqiqatların aparılması imkanlarını müzakirə ediblər.


Tədbir çərçivəsində “Regional inteqrasiya və infrastruktur əsaslı inkişafın sürətləndirilməsində Orta Dəhlizin rolu”, “TDT üzv dövlətlər arasında ticarət və iqtisadi əlaqələrin qiymətləndirilməsi: mövcud trendlər və istifadə olunmamış imkanlar”, eləcə də “Dayanıqlı inkişaf üçün innovasiya: siyasət çərçivələri və iqtisadi transformasiya” mövzularında üç panel müzakirələri baş tutub.


Bektur Bazakeçovu TÜRKPA Beynəlxalq Katibliyinin araşdırma üzrə eksperti Kamila Muzəffərli müşayiət edib.