TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsinə dair vebinarda iştirak edib

TÜRKPA Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsinə dair vebinarda iştirak edib

Tarix
Baxış
568

TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi Aynurə Abutalıbova müşahidəçi qismində beynəlxalq humanitar hüquq üzrə parlament silsiləsinin  "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi: parlamentlər beynəlxalq humanitar hüququn həyata keçirilməsi vasitəsilə ətraf mühitin mühafizəsini necə təmin edə bilər?" mövzusuna keçirilən 2-ci vebinarında iştirak edib.

Vebinar Parlamentlərarası İttifaqın Beynəlxalq humanitar hüquqa hörmətin təşviqi komitəsi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə təşkil olunub. Tədbirə Polşa Senatının üzvü, Parlamentlərarası İttifaqın vitse-prezidenti və Beynəlxalq humanitar hüquqa hörmətin təşviqi komitəsinin üzvü Qabriela Moravska-Stanetska moderatorluq edib.

Beynəlxalq humanitar hüquq və ətraf mühit siyasəti sahəsində ekspertləri bir araya gətirən vebinarda silahlı münaqişələrin ətraf mühitə göstərdiyi qısamüddətli və uzunmüddətli təsirləri, eləcə də ətraf mühitin mühafizəsinin təmin edilməsi məqsədilə beynəlxalq humanitar hüququn həyata keçirilməsinin gücləndirilməsində parlamentlərin rolu müzakirə olunub.

Vebinarda Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova da iştirak edib. O,  silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsinin təkcə ekoloji problem deyil, eyni zamanda humanitar, hüquqi və təhlükəsizlik baxımından zəruri bir məsələ olduğunu qeyd edib. Sədr silahlı münaqişələrin ekosistemlərə, biomüxtəlifliyə, su ehtiyatlarına və kənd təsərrüfatı ərazilərinə vurduğu uzunmüddətli zərərin davamlı inkişaf üçün təhlükə yaratdığını və gələcək nəsillərə mənfi təsir göstərdiyini vurğulayıb.