TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA nümayəndə heyəti ŞKTC Xarici İşlər naziri ilə görüşüb

TÜRKPA nümayəndə heyəti ŞKTC Xarici İşlər naziri ilə görüşüb

Tarix
Baxış
633

19 iyul 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən cənab Bektur Bazakeçovun rəhbərlik etdiyi nümayəndə heyəti TÜRKPA Baş katibini təmsilən Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfəri çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Xarici İşlər naziri cənab Tahsin Ertuğruloğlu cənab görüşüb.

Görüş zamanı tərəflər Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTС) TÜRKPA-da müşahidəçi statusu əldə etməsindən sonra müxtəlif fəaliyyətlər və tədbirlər vasitəsilə TÜRKPA ilə ŞKTC arasında münasibətlərdə əldə olunan mühüm irəliləyişdən məmnunluqlarını ifadə ediblər. Onlar, həmçinin bu əməkdaşlığın qarşıdakı illərdə də daha da dərinləşəcəyinə əminliklərini bir daha təsdiq ediblər.

Görüşdə TÜRKPA-nın Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının katibi Dr. Kadir Yaman da iştirak edib.