TÜRKPA nümayəndə heyəti ŞKTC Parlamentinin sədri ilə görüşüb
423
TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən cənab Bektur Bazakeçovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Parlamentinin sədri cənab Ziya Öztürklerin dəvəti ilə TÜRKPA Baş katibini təmsilən 19-21 iyul 2026-cı il tarixlərində keçiriləcək 20 iyul Sülh və Azadlıq Bayramı mərasimlərində iştirak etmək məqsədilə Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edib.
19 iyul 2026-cı il tarixində TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Parlamentinin sədri cənab Ziya Öztürkler ilə görüşüb.
Səmimi mühitdə keçən görüşdə TÜRKPA ilə ŞKTC arasındakı əlaqələrin inkişafı, ŞKTC-nin müşahidəçi statusunda TÜRKPA-dakı fəaliyyətinin gələcək istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə TÜRKPA-nın Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının katibi Dr. Kadir Yaman da iştirak edib.