TÜRKPA nümayəndə heyəti ŞKTC Baş naziri ilə görüşüb
Tarix
Baxış
452
19 iyul 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən cənab Bektur Bazakeçovun rəhbərlik etdiyi nümayəndə heyəti TÜRKPA Baş katibini təmsilən Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfəri çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Baş naziri cənab Ünal Üstel ilə görüşüb.
Görüş zamanı TÜRKPA ilə ŞKTC arasında əməkdaşlığın daha da genişləndirilməsi, habelə ŞKTC-nin TÜRKPA-da müşahidəçi statusunda iştirakının perspektivləri ətrafında müzakirələr aparılıb.
Görüşdə TÜRKPA-nın Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının katibi Dr. Kadir Yaman da iştirak edib.