TÜRKPA nümayəndə heyəti QDİƏT PA-nın 67-ci plenar sessiyasında iştirak edir
Tarix
Baxış
903
29 iyun–1 iyul 2026-cı il tarixlərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Parlamentinin ev sahibliyi ilə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 67-ci plenar sessiyasında müşahidəçi qismində iştirak edir.
Səfər çərçivəsində plenar sessiyanın işində iştirak, ikitərəfli görüşlərin keçirilməsi, həmçinin TÜRKPA Baş katibinin plenar sessiyada xüsusi məruzə ilə çıxışı nəzərdə tutulub.
Nümayəndə heyətinin tərkibinə TÜRKPA Baş katibinin müavini cənab Muhammet Alper Hayali, həmçinin TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşları cənab Ələsgər Ağayev və cənab Orxan Salmanov daxildir.