TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA IV Beynəlxalq Minatəmizləmə Konfransında iştirak edib

TÜRKPA IV Beynəlxalq Minatəmizləmə Konfransında iştirak edib

Tarix
Baxış
710

2–3 sentyabr 2026-cı il tarixlərində TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının katibi vəzifəsini icra edən Mirlan Usenkanov Bakı şəhərində keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında iştirak edib.

Konfrans humanitar minatəmizləmə, beynəlxalq əməkdaşlıq, minalardan zərər çəkmiş ərazilərin bərpası, donor dəstəyi, habelə müasir texnologiyaların və innovativ yanaşmaların tətbiqi məsələlərini müzakirə etmək məqsədilə dövlətlərin, beynəlxalq təşkilatların və ixtisaslaşmış qurumların nümayəndələrini bir araya gətirib.

Tədbir çərçivəsində şəhərlərin təhlükəsiz şəkildə bərpasına, zərər çəkmiş icmalara dəstəyin verilməsinə, sosial və iqtisadi reinteqrasiyaya, eləcə də minatəmizləmə fəaliyyəti sahəsində milli təcrübələrin mübadiləsinə xüsusi diqqət yetirilib.

TÜRKPA-nın konfransda iştirakı minatəmizləmə sahəsində təcrübə mübadiləsinə və minalardan zərər çəkmiş ərazilərin təhlükəsiz və davamlı şəkildə bərpasına yönəlmiş beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verib.