TÜRKPA Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
648
29 iyun 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini Talqat Aduov Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş və "Türk Dünyası Həftəsi" çərçivəsində təşkil edilmiş “Birinci Türkoloji Qurultay: elmi və mədəni irs əsri” mövzusunda beynəlxalq konqresdə iştirak edib.
Bir sıra elm və mədəniyyət tədbirlərini özündə birləşdirən "Türk Dünyası Həftəsi" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli "Birinci Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi haqqında" Sərəncamına uyğun olaraq təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə təşkil olunub.
Konqres çərçivəsində "Türk dünyası bir ailədir: beynəlxalq türk əməkdaşlıq təşkilatlarının ortaq məqsədlər naminə fəaliyyəti" adlı plenar iclas, həmçinin "Türk dillərinin inkişaf dinamikasi: tarixi və filoloji perspektivlər" mövzusunda panel iclası keçirilib.
Tədbirdə iştirakçılar türk dövlətləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, türk dillərinin inkişafının təşviqi, eləcə də ortaq tarixi və mədəni irsin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Hindistan Manqo Festivalında iştirak edib
- 05 iyl 2026