TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgidə iştirak edib

TÜRKPA Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgidə iştirak edib

Tarix
Baxış
621

2 iyul 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini vəzifəsini icra edən Bektur Bazakeçov Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” adlı sərginin açılış mərasimində iştirak edib.

Azərbaycan Milli Tarix Muzeyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə birgə təşkil olunan sərgi Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, türk xalqlarının ortaq elmi və mədəni irsini, eləcə də türkologiyanın elmi istiqamət kimi inkişafını nümayiş etdirməyi hədəfləyib.

Sərgidə türk dünyasının tarixində mühüm mərhələlər, o cümlədən 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultay, dil və əlifba islahatları, türk xalqlarının ortaq mədəni irsinin qorunması və təbliği, habelə müstəqillik dövründə türk dünyasının yenidən inteqrasiyası prosesi əks olunub. Ekspozisiyada Azərbaycan Milli Tarix Muzeyinin, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin arxiv fondlarında, eləcə də professor Ədalət Tahirzadənin şəxsi arxivində qorunan nadir arxiv sənədləri, Qurultayın rəsmi materialları, tarixi fotoşəkillər və digər qiymətli eksponatlar nümayiş etdirilib.