TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi TÜRKPA Gənc Parlamentarilər Qrupunun üzvünü qəbul edib

TÜRKPA Baş katibi TÜRKPA Gənc Parlamentarilər Qrupunun üzvünü qəbul edib

Tarix
Baxış
477

7 sentyabr 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi cənab Ramil Həsən Türkiyə Parlamentinin millət vəkili, TÜRKPA Gənc Parlamentarilər Qrupunun üzvü cənab Emre Çalışkanı və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Baş katib tərəfindən TÜRKPA-nın son 1 il ərzində həyata keçirmiş olduğu iri miqyaslı layihələr, atdığı addımlar, daimi komissiyaların toplantıları və TÜRKPA-nın növbəti plenar iclası ilə bağlı millət vəkilinə və heyətinə ətraflı məlumat verilib.

Gənc Parlamentarilər Qrupunun TÜRKPA tərkibində önəmli yeri olduğunu, hazırda dünyada baş verən sürətli inteqrasiya prosesində də gənc parlamentarilərin xüsusi çəkisinin olduğunu və bununla bağlı gənc parlamentarilərin birgə aktiv əməkdaşlıq etməsinin əslində qardaş dövlətlərin parlamentarilərinin gələcək fəaliyyətinə də mühüm töhfə və yatırım olduğu diqqətə çatdırılıb.

Səmimi qəbula, hərtərəfli dəstəyə görə Türkiyə Parlamentinin millət vəkili, TÜRKPA Gənc Parlamentarilər Qrupunun üzvü cənab Emre Çalışkan TÜRKPA Baş katibinə təşəkkürünü bildirib.

Görüşdə TÜRKPA Baş katibinin müavini cənab Muhammet Alper Hayali, TBMM nümayəndə heyətindən isə Xarici Əlaqələr şöbəsinin müdir müavini Ömer Faruk Kılıçkaya,  Xarici Əlaqələr şöbəsinin TÜRKPA üzrə katibi Yunus Emre Ünal və Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsi (YTB) əməkdaşı Sümeyye Yılmaztürk iştirak ediblər.