TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi Türk Dünyası Ortopedlər Birliyinin nümayəndə heyətini qəbul edib

TÜRKPA Baş katibi Türk Dünyası Ortopedlər Birliyinin nümayəndə heyətini qəbul edib

Tarix
Baxış
817

3 sentyabr 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi cənab Ramil Həsən Azərbaycanda 4-5 sentyabr tarixlərində keçiriləcək Türk Dövlətləri Travmatoloq və Ortopedlərinin Beynəlxalq Konqresində iştirak etmək üçün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Şimali Kipr Türk Respublikası (ŞKTC), Özbəkistan ölkələrindən gələn ortopedlərdən ibarət nümyəndə heyətini qəbul edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, TÜRKPA Baş katibi tərəfindən TÜRKPA-nın fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planlarla bağlı qonaqlara ətraflı məlumat verilib.

Öz növbəsində Ortopedlər Birliyinin üzvlərindən Azərbaycan Ortopediya Cəmiyyətinin sədri prof. dr. Aydın Qəhrəmanov,  Qazaxıstan Travmatoloqlar və Ortopedlər Assosiasiyasının sədri prof. dr. Arman Batpen, Qırğız Respublikası Travmatoloqlar və Ortopedlər Assosiasiyasının sədri prof. dr. Sabırbek Jumabekov, Türkiyə Ortopediya və Travmatologiya Cəmiyyətinin sədri prof. dr. Önder Kalenderer, Türkiyə Ortopediya və Travmatologiya Cəmiyyətinin Konqres Təşkilat Komitəsinin sədri prof. dr. Berk Güçlü (ŞKTC), Özbəkistan Respublikası Ortopediya Assosiasiyasının nümayəndəsi prof. dr. Artur Mahmudov çıxış edərək, ayrı ayrı TÜRKPA Baş katibinə bu gözəl görüşün keçirilməsi üçün yaratdığı şərait üçün təşəkkürləri bilidirib, Türk Dünyası Ortopedlər Birliyinin həyata keçirdiyi layihələr, gələcək planlar və Bakıda baş tutacaq Türk Dövlətləri Travmatoloq və Ortopedlərinin Beynəlxalq Konqresi barədə ətraflı məlumat verərək, TÜRKPA-nın Ortopedlər Birliyinin bundan sonrakı fəaliyyətinə göstərəcək dəstəyi ilə bağlı məmnuniyyət duyduqlarını bildirib.

Görüş səmimi dialoq şəklində başa çatıb.

TÜRKPA tərəfindən Baş katibin müavini cənab Muhammet Alper Hayali və Hüquq məsələləri üzrə mütəxəssis cənab Azər Məmmədov iştirak edib.