TÜRKPA Baş katibi TRT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib
484
8 sentyabr 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi cənab Ramil Həsən Türkiyənin Radio və Televiziya Qurumunun (TRT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Sefa Burak Bozyeli qəbul edib.
Görüşdə yeni təyinatı münasibətiylə Səfa bəyi təbrik edən TÜRKPA Baş katibi qardaş ölkənin ən böyük Radio və Televiziya Qurumu (TRT) ilə əməkdaşlığa xüsusi önəm verdiklərini və Türk Dövlətləri arasındakı əlaqələrinin inkişafını, media sektorunda münasibətlərin yeni mərhələyə daşınılması və bu kimi bir çox vacib istiqamətlərdə TRT-nin fəaliyyətini xüsusi qiymətləndirib və Bozyel bəyə gələcək fəaliyətində uğurlar diləyərək, ortaq əməkdaşlıqdan məmnunluq duyduqlarını ifadə edib.
Öz növbəsində cənab Bozyel də səmimi qəbul üçün təşəkkürünü ifad' edib, TÜRKPA-nın fəaliyətinin TRT və Türkiyənin media strukturlarında ışıqlandırılıması istiqamətində əllərindən gələn köməyi göstərəcəyini bildirib.
Görüşdə TÜRKPA Baş katibinin müavini cənab Muhammet Alper Hayali və TRT-nin müxbiri xanım Nursima Özonur iştirak edib.