TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi TİKA-nın Azərbaycan üzrə koordinatorunu qəbul edib

TÜRKPA Baş katibi TİKA-nın Azərbaycan üzrə koordinatorunu qəbul edib

Tarix
Baxış
625

14 sentyabr 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Beynəlxalq  Katiblikdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycanda yeni təyin edilmiş koordinatoru cənab Mahmut Ağırmanı qəbul edib.

Təyinatı münasibətilə cənab Ağırmanı təbrik edən Baş katib ona gələcək fəaliyyətində uğurlar arzulayıb və son il ərzində TÜRKPA tərəfindən həyata keçirilmiş fəaliyyət, atılmış mühüm addımlar, eləcə də TÜRKPA-nın qarşıdan gələn Plenar iclası ilə bağlı ətraflı məlumat verib.

Öz növbəsində, TİKA-nın Bakı koordinatoru səmimi qəbul üçün cənab Ramil Həsənə təşəkkür edərək, Türkiyə Cümhuriyyətinin mühüm  qurumlarından olan TİKA-nın TÜRKPA-ya böyük  önəm verdiyini və bundan sonra da Assambleyanın fəaliyyətinə mümkün olan bütün dəstəyi göstərməyə hazır olduğunu bildirib, həmçinin TÜRKPA-nın gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə TÜRKPA Baş katibinin müavini cənab Muhammet Alper Hayali iştirak edib.