TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi QDİƏT PA-nın 67-ci plenar sessiyasında çıxış edib

TÜRKPA Baş katibi QDİƏT PA-nın 67-ci plenar sessiyasında çıxış edib

Tarix
Baxış
539

30 iyun 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Gürcüstanda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 67-ci plenar sessiyasında məruzə ilə çıxış edib.

Çıxışında Baş katib TÜRKPA ilə QDİƏT PA arasında əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini, həmçinin süni intellekt məsələlərinin bu gün dünyada çox geniş yayıldığını və bu prosesin dövlətlərarası münasibətlərin inkişafına, eyni zamanda vətəndaşların rifahına müsbət təsir göstərməsi istiqamətində maksimal istifadə edilə bilməsi ilə bağlı həm TÜRKPA, həm də QDİƏT PA üzv ölkələrinin qanunverici strukturlarında və qanunlarda yeni düzəlişlərin edilməsinə ehtiyac olduğunu vurğulayıb. Baş katib, həmçinin bütün müasir texnologiyalardan yalnız ölkələr arasındakı əlaqələrin inkişafı, Qara dəniz və Xəzər regionu arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyması, o cümlədən bu gün bölgədə mövcud olan sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunması üçün istifadə edilməsinin vacibliyini vurğulayıb, təhlükəsizliyin təmin edilməsi, eyni zamanda ortaq təhdidlərə qarşı birgə mübarizənin aparılması kimi bir çox məsələlərdə parlamentarilərin və beynəlxalq parlament təşkilatlarının üzərinə xüsusi rol düşdüyünü qeyd edib və parlament diplomatiyasının və beynəlxalq parlament təşkilatları, bilavasitə vətəndaşların seçki yolu ilə seçib səlahiyyət verdiyi millət vəkillərini birləşdirən beynəlxalq təşkilatlar olduğu üçün bu istiqamətdə parlament diplomatiyası ənənəvi diplomatiyanı tamamlayan əsas ünsür kimi xüsusi rol oynamalı və bu proseslərin həyata keçirilməsində, bölgədə sabitliyin təmin olunmasında TÜRKPA, QDİƏT PA və digər təşkilatların birgə fəaliyyətinin qaçınılmaz olduğunu xüsusilə qeyd edib.

Səfər çərçivəsində TÜRKPA Baş katibini Baş katibin müavini cənab Muhammet Alper Hayali və TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşları cənab Ələsgər Ağayev və cənab Orxan Salmanov müşayiət edib.