TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibi BMT-nin beynəlxalq konfransında iştirak edib

TÜRKPA Baş katibi BMT-nin beynəlxalq konfransında iştirak edib

Tarix
Baxış
138

21 sentyabr 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ-nin Nyu-York şəhərinə səfər edib.

Baş katib səfər proqramı çərçivəsində Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə təşkil olunmuş “Görünməz Memarlıq: Uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulması – Beynəlxalq standartların və ortaq məsuliyyətin inkişaf etdirilməsi” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Türkiyənin birinci xanımı Əminə Ərdoğanın açılış nitqi ilə çıxış etdiyi yüksəksəviyyəli tədbirdə Belçika Kraliçası, Serbiya Respublikasının birinci xanımı və bir çox ölkənin birinci xanımlarının, eləcə də beynəlxalq təşkilatların, nazirliklərin, hökumət və media qurumlarının nümayəndələri bir araya gəliblər.

Genişmiqyaslı konfransda uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulması, beynəlxalq standartların tətbiqi və bu sahədə ortaq məsuliyyətin artırılması məsələləri ətraflı müzakirə olunub. Sessiya çərçivəsində TÜRKPA Baş katibi müxtəlif beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər də keçirib.

Səfər və tədbir müddətində Baş katibi onun müavini Muhammet Alper Hayali müşayiət edib.