TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Azərbaycan Auditorlar Palatasının 30 illik yubileyinə həsr olunmuş konfransda iştirak edib

TÜRKPA Azərbaycan Auditorlar Palatasının 30 illik yubileyinə həsr olunmuş konfransda iştirak edib

Tarix
Baxış
278

16 sentyabr 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali Bakı şəhərində keçirilən “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol”mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Tədbirdə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov açılış nitqi ilə çıxış edib və Palatanın 30 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanladığı təbrik məktubunu oxuyub.

Təbrikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Auditorlar Palatasının ötən 30 il ərzində ölkədə şəffaflığın, hesabatlılığın və maliyyə intizamının gücləndirilməsində mühüm rol oynadığı qeyd olunub. Prezident beynəlxalq standartlara uyğun olaraq audit sektorunun daha da müasirləşdirilməsinin, o cümlədən rəqəmsal transformasiyanın, süni intellekt və qabaqcıl məlumat analitikası alətlərinin tətbiqinin genişləndirilməsinin, eyni zamanda peşə etikasının, ictimai etimadın və beynəlxalq əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayıb.

Daha sonra TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali konfransda çıxış edib. O, Azərbaycan Respublikasının Auditorlar Palatasını 30 illik yubileyi münasibətilə təbrik edib və Türk Dövlətləri Təşkilatının Mühasiblər və Müstəqil Auditorlar Birliyinin yaradılmasını türk dövlətləri arasında peşəkar əməkdaşlığın və iqtisadi inteqrasiyanın gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. O, ümumi standartların formalaşdırılmasının, peşəkar ixtisasların qarşılıqlı şəkildə tanınmasının, habelə rəqəmsallaşma və digər yeni inkişaf edən sahələrdə əməkdaşlığın vacibliyini vurğulayıb.