TÜRKPA ATƏT PA-nın 33-cü illik sessiyasında iştirak edib
Tarix
Baxış
685
4-5 iyul 2026-cı il tarixlərində TÜRKPA-nın komissiya katibləri Aynurə Abutalıbova və Mirlan Usenkanov Niderlandın Haaqa şəhərində keçirilən ATƏT Parlament Assambleyasının 33-cü illik sessiyasında iştirak ediblər.
İllik sessiya “Beynəlxalq hüquq və ortaq prinsiplər: ATƏT məkanında təhlükəsizlik və əməkdaşlıq üçün əsaslar” mövzusunda baş tutub.
İllik sessiya ATƏT regionundan parlamentariləri bir araya gətirib.
Komissiyaların katibləri plenar sessiyada, həmçinin Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin, İqtisadi məsələlər komitəsinin, Elm, texnologiya və ətraf mühit komitəsinin iclaslarında iştirak ediblər.