TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA AİDA-nın 15-ci ildönümünə həsr olunmuş konfransında iştirak edib

TÜRKPA AİDA-nın 15-ci ildönümünə həsr olunmuş konfransında iştirak edib

Tarix
Baxış
117

10 sentyabr 2026-cı il tarixində TURKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının katibi vəzifəsini icra edən Mirlan Usenkanov Bakıda keçirilmiş "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsi" mövzusunda Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin (AİDA) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransında iştirak edib.

AİDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfrans hökumətlərin, diplomatik korpusun, beynəlxalq təşkilatların, inkişaf agentliklərinin və digər maraqlı tərəflərin nümayəndələrini bir araya gətirərək, humanitar yardım və beynəlxalq inkişaf sahəsində əməkdaşlığın cari çağırışlarını müzakirə etmək məqsədi daşıyıb.

Konfrans çərçivəsində Azərbaycan Respublikası Beynəlxalq İnkişaf Agentliyinin və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Panel sessiyalarında effektiv humanitar yardımın göstərilməsi məqsədilə tərəfdaşlıq vasitəsilə böhranların həlli yolları və dayanıqlılığın gücləndirilməsi, eləcə də davamlı inkişaf naminə tərəfdaşlıq və inkişaf sahəsində əməkdaşlığın dəyişən rolu ilə bağlı məsələlər müzakirə olunub.

TÜRKPA-nın konfransda iştirakı humanitar yardım və davamlı inkişaf sahələrində beynəlxalq tərəfdaşlığın və əməkdaşlığın gücləndirilməsi istiqamətində bilik və təcrübə mübadiləsinə, habelə gələcək dialoqun inkişafına töhfə verib.