TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA 19-cu Türkiyə İnvestisiya Konfransının Rəsmi Qəbulunda iştirak edib

TÜRKPA 19-cu Türkiyə İnvestisiya Konfransının Rəsmi Qəbulunda iştirak edib

Tarix
Baxış
67

21 sentyabr 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində keçirilən 19-cu Türkiyə İnvestisiya Konfransının Rəsmi Qəbulunda iştirak edib.

Tədbir Türkiyə Respublikasının Xarici İqtisadi Əlaqələr Şurası, Türkiyə-ABŞ Biznes Şurası və Amerika-Türkiyə Biznes Dəyirmi Masası tərəfindən təşkil olunub. Tədbirdə Türkiyə Respublikasının ticarət naziri Prof. Dr. Ömer Bolat, Türkiyə Respublikasının xəzinə və maliyyə naziri Mehmet Şimşek, Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Dr. Alparslan Bayraktar və Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır iştirak ediblər.

Nyu-York Xalq Kitabxanasında baş tutmuş tədbir Türkiyə və ABŞ-nin yüksək səviyyəli dövlət rəsmilərini və biznes nümayəndələrini bir araya gətirərək, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı fikir mübadiləsi üçün mühüm platforma yaradıb.