Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyası yaradılıb
Tarix
Baxış
5
13 may 2022-ci il tarixində Baş katibin müavini Fuad Ələkbərov Türkiyənin Bursa şəhərində Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının yaradılmasına dair Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak etmişdir. Anlaşma Memorandumu Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın Ombudsmanları tərəfindən imzalanmışdır.
Türk Dövlətləri Təşkilatının (TDŞ) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Türkiyənin Baş Ombudsmanı və İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Dərnəyinin prezidenti Şeref Malkoç, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Qazaxıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elvira Əzimova, Qırğız Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Atır Abdrahmatova, Özbəkistan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Feruza Eşmatova və TDŞ-nin Baş katibinin müavini Mirvohid Əzimov təbrik nitqləri ilə çıxış etmişdir.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Baş katibi KKTC Baş naziri ilə görüşüb
- 18 apr 2026