TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Qazaxıstan Parlamenti Senatının Sədri Baş katibi qəbul edib

Qazaxıstan Parlamenti Senatının Sədri Baş katibi qəbul edib

Tarix
Baxış
4
17 sentyabr 2020-ci ildə, Qazaxıstan Respublikası Parlamenti Senatının Sədri cənab Maulen Aşimbayev Baş katib Altınbek Mamayusupovu qəbul etmişdir. Görüş zamanı tərəflər COVID-19 pandemiyası zamanı türkdilli ölkələr arasında qarşılıqlı fəaliyyət ilə bağlı məsələləri və TÜRKPA-nın bu istiqamətdə fəaliyyətlərini müzakirə etmişdir. Həmçinin, cənab Aşimbayev gənclər platformasının yaradılması və Gənc parlamentarilərin 2019-cu ildə Nur-Sultanda keçirilmiş birinci iclası daxil olmaqla Assambleyanın son təşəbbüslərini müsbət qiymətləndirmişdir. Tərəflər, həmçinin türkdilli ölkələr arasında çoxtərəfli formatda parlamentlərarası əməkdaşlığın inkişafının əsas aspektlərinə dair fikir mübadiləsi aparmışdır.