TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
KKTC-nin Parlamenti Sədri cənab Ziya Öztürkler TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib

KKTC-nin Parlamenti Sədri cənab Ziya Öztürkler TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib

Tarix
Baxış
675

25 iyun 2026-cı il tarixində Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Parlamentinin Sədri cənab Ziya Öztürkler İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyini ziyarət edib və TÜRKPA-nın Baş katibi cənab Ramil Həsənlə görüş keçirib.

Qonağı və onun rəhbərlik etdiyi nümayəndə heyətini səmimiyyətlə salamlayan TÜRKPA-nın Baş katibi ŞKTC ilə münasibətlərə xüsusi önəm verdiklərini vurğulayaraq, TÜRKPA-nın müşahidəçi üzv parlamenti olan ŞKTC ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. Baş katib qeyd edib ki, TÜRKPA bundan sonra da ŞKTC-nin fəaliyyətinə hərtərəfli dəstək göstərməyə və zəruri köməkliyi təmin etməyə davam edəcəkdir.

Öz növbəsində, ŞKTC Parlamentinin Sədri cənab Ziya Öztürkler TÜRKPA-nın son dövrlərdə fəaliyyətinin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluğunu ifadə edib. O, qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbir və təşəbbüslərə ŞKTC Parlamentinin fəal şəkildə cəlb olunmasında TÜRKPA Beynəlxalq Katibliyinin mühüm rol oynadığını qeyd edərək, bu münasibətlə Baş katibə və Katibliyin əməkdaşlarına təşəkkürünü bildirib. Cənab Ziya Öztürkler gələcək dövrdə də əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edərək, ŞKTC Parlamentinin bu prosesə öz töhfəsini verməyə və üzərinə düşən dəstəyi göstərməyə davam edəcəyini vurğulayıb.

Görüşdə TÜRKPA tərəfindən Baş katibin müavinləri cənab Talqat Aduov və cənab Muhammet Alper Hayali, Komissiya katibi Dr. Kadir Yaman və Hüquq məsələləri üzrə mütəxəssis cənab Azər Məmmədov iştirak edib.

ŞKTC nümayəndə heyətinin tərkibinə ŞKTC Məclisinin deputatları cənab Hasan Küçük və xanım Şifa Çolakoğlu, ŞKTC-nin Bakıdakı Nümayəndəsi xanım Ufuk Turganer, ŞKTC Məclisinin Baş katibi xanım Pembe İnanç Unan Ersöz, Məclisin Mətbuat, Xarici Əlaqələr və Protokol İdarəsinin müdiri xanım Milhan Lakadamyalı, ŞKTC-nin Bakıdakı Nümayəndəliyinin üçüncü katibi cənab Görkem Reis, protokol üzrə məsul əməkdaş cənab Anıl Özatenç, mətbuat və xarici əlaqələr üzrə əməkdaş xanım Ebru Tezkol və mətbuat üzrə əməkdaş cənab Burhan Canbaz daxil olub.