TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Türkiyə Respublikasının Zəfər Bayramı münasibətilə TÜRKPA Baş katibinin mesajı

Türkiyə Respublikasının Zəfər Bayramı münasibətilə TÜRKPA Baş katibinin mesajı

Tarix
Baxış
5

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyi adından və şəxsən öz adımdan Türkiyə Respublikasının Hökumətini və qardaş Türkiyə xalqını 30 Avqust Zəfər Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu tarixi gün türk millətinin Böyük Hücumda qazandığı şanlı qələbəni yad edərək cəsarət, qətiyyət, birlik və həmrəyliyin, eləcə də əzmkarlığın əbədi rəmzi kimi səciyyələnir. Bu gün türk xalqının sarsılmaz ruhunu, müstəqillik, suverenlik və milli qürur ideallarına olan bağlılığını əks etdirir.

Türkiyə regional və beynəlxalq sülhə, sabitliyə və əməkdaşlığa dəyərli töhfələr verməyə davam edərkən, Türk Dünyasında həmrəyliyin inkişaf etdirilməsi və xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətindəki fəal rolunu yüksək qiymətləndiririk.

TÜRKPA ilə Türkiyə Respublikası arasında mövcud yaxın tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində öhdəliyimizi bir daha təsdiq edərək, Türkiyə Hökumətinə və qardaş Türkiyə xalqına əbədi sülh, rifah və sonsuz uğurlar arzulayıram.

Ramil Həsən

TÜRKPA Baş katibi