TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
TÜRKPA Baş katibinin Girne yaxınlığında gəmi qəzası nəticəsində baş vermiş faciəvi insan itkisi ilə əlaqədar başsağlığı mesajı

TÜRKPA Baş katibinin Girne yaxınlığında gəmi qəzası nəticəsində baş vermiş faciəvi insan itkisi ilə əlaqədar başsağlığı mesajı

Tarix
Baxış
29

Şimali Kipr Türk Respublikasının Girne sahillərində gəminin batması nəticəsində insan tələfatı barədə aldığımız xəbərdən dərin sarsıntı və kədər hissi keçirdik.

Türk Dövlətləri Parlament Assambleyası adından və şəxsən öz adımdan faciə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, eləcə də qardaş Şimali Kipr Türk Respublikasının Hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Eyni zamanda, itkin düşmüş şəxslərin sağ-salamat tapılaraq ailələrinə qovuşacağına ümidimizi ifadə edirik. Düşüncələrimiz və dualarımız həlak olanların və onların ailələrinin yanındadır. Allah rəhmət eləsin.

Dərin hüzn və kədər içərisində olduğumuz bu günlərdə qardaş Şimali Kipr Türk Respublikasının xalqı ilə sarsılmaz həmrəyliyimizi ifadə edirik. Əminik ki, baş vermiş faciəvi hadisənin səbəbləri hərtərəfli araşdırılacaq, müəyyən ediləcək hər hansı bir səhlənkarlığa və ya məsuliyyətsizliyə qanunvericiliyə uyğun olaraq lazımi hüquqi qiymət veriləcəkdir.

TÜRKPA Baş katibi