Azərbaycan XİN-i Naxçıvanda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edib
6 may 2023

6 may 2023-cü il tarixində Baş katib Mehmet Süreyya Er Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Naxçıvan şəhərində təşkil edilmiş tədbirlərdə iştirak etmişdir.

Tədbirlərdə 80 ölkədən 140 diplomat və hərbi attaşelər, Azərbaycanda akkreditə olunmuş 23 təşkilatın nümayəndələri iştirak etmişdir.

İştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini, Heydər Əliyev Muzeyini ziyarət etmiş, Heydər Əliyevin həyat və fəaliyyətinə dair fotoşəkil və eksponatlarla tanış olmuşdur.

Qonaqlara Heydər Əliyevin siyasi fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, onlara ümummilli liderin ailəsi, uşaqlıq və gənclik illərinə həsr olunmuş stend, həmçinin onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu dövrə aid sənəd və materiallar təqdim edilmişdir. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitab, film və qəzet materialları da nümayiş etdirilmişdir.

Səfər çərçivəsində qonaqlar “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilmiş konfransda iştirak etmişdir. Çıxışlarda xarici qonaqlara Ulu Öndərin Azərbaycanın davamlı inkişafı naminə keçdiyi həyat yolu və yorulmaz fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, Heydər Əliyevin Azərbaycanın dövlətçilik və inkişaf tarixində oynadığı rolu vurğulanmışdır.

Tədbir çərçivəsində ümummilli liderə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Tədbir Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin ifasında konsert proqramı ilə başa çatmışdır.

Səfər zamanı qonaqlar şəhərin mədəni, tarixi və turizm məkanları ilə də tanış olmuşdur.