TÜRKPA Beynəlxalq Parlamentarilər Konqresi ilə Anlaşma Memorandumu imzalayıb
28 aprel 2023

28 aprel 2023-cü il tarixində TÜRKPA-nın Ankarada keçirilən 12-ci plenar iclası çərçivəsində Baş katib Mehmet Süreyya Er Beynəlxalq Parlamentarilər Konqresinin (BPK) Baş katibi ilə görüşmüşdür.

12-ci plenar iclasa dəvətə görə Baş katib Mehmet Süreyya Erə təşəkkürünü bildirən xanım Ayaz, BPK-nın fəaliyyəti haqqında məlumat vermişdir. Öz növbəsində, Baş katib Mehmet Süreyya Er bu mühüm tədbirdə iştirakına görə xanım Ayaza təşəkkürünü bildirmiş və BPK ilə əlaqələrin qurulmasının önəmini vurğulamışdır. Tərəflər TÜRKPA ilə BPK arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparmışdır.

Sonda tərəflər iki qurum arasında əməkdaşlığın istiqamətlərini müəyyən edən Anlaşma Memorandumu imzalamışdır.