TURKPA

Follow us on social media to learn about TURKPA's activities

Follow us on social media to learn about TURKPA's activities

Social Media
TÜRKPA nümayəndə heyəti Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak edib

TÜRKPA nümayəndə heyəti Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak edib

Date
Views
137

2–4 iyun 2026-cı il tarixlərində Türkiyə Böyük Millət Məclisinin üzvü və TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasinin üzvü professor, doktor Filiz Kılıç, Türkiyə Böyük Millət Məclisinin TÜRKPA-dakı nümayəndə heyətinin katibi Kürşad Melih Sarıarslan və TÜRKPA Qadın Parlamentarilər Qrupunun icraçı katibi, komissiya katibi Aynurə Abutalıbovadan ibarət TÜRKPA nümayəndə heyəti Serbiya Milli Assambleyası ilə əməkdaşlıq çərçivəsində Belqrad şəhərində “Paritetə doğru irəliləyiş: Gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması” mövzusunda təşkil olunan Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak edib.

Konfransın proqramına açılış sessiyası və gender bərabərliyinin təşviqi, stereotiplərin və mənfi sosial normaların aradan qaldırılması, qadınların siyasi iştirakının artırılması, gender-həssas idarəetmənin gücləndirilməsi, ayrı-seçkilik, zorakılıq və dezinformasiyaya qarşı mübarizə mövzularına həsr olunmuş 7 tematik sessiya daxil olub. Müzakirələr parlament üzvləri, dövlət rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən aparılıb.

3 iyun 2026-cı il tarixində Serbiya Milli Assambleyası sədrinin müavini Edin Djerlekin sədrlik etdiyi “Siyasətdə qadınlara qarşı onlayn stereotiplər, zorakılıq və dezinformasiyaya qarşı mübarizə” adlı 4-cü sessiyada professor, doktor Filiz Kılıç çıxış edərək TÜRKPA regionunda qadınların üzləşdiyi ümumi problemləri, xüsusilə gender stereotiplərini və mənfi sosial normaları diqqətə çatdırıb. O, həmçinin TÜRKPA Qadın Parlamentarilər Qrupunun fəaliyyətinin əhəmiyyətini vurğulayaraq qadınların səlahiyyətlərinin gücləndirilməsi və onların siyasi həyatda iştirakının artırılması istiqamətində daha sıx əməkdaşlığa çağırıb.

Konfrans çərçivəsində TÜRKPA nümayəndə heyəti müxtəlif parlament nümayəndə heyətlərinin təmsilçiləri ilə qısa fikir mübadilələri və qeyri-rəsmi görüşlər keçirib, həmçinin protokol tədbirlərində və foto çəkilişlərdə iştirak edib.

Nümayəndə heyəti ev sahibi parlament tərəfindən təşkil olunmuş mədəni proqramda da iştirak edib.