TURKPA

Follow us on social media to learn about TURKPA's activities

Follow us on social media to learn about TURKPA's activities

Social Media
TÜRKPA Baş katibi Qarabağ bölgəsinə səfərdə iştirak edib

TÜRKPA Baş katibi Qarabağ bölgəsinə səfərdə iştirak edib

Date
Views
116

1-2 may 2026-cı il tarixlərində TÜRKPA Baş katibi cənab Ramil Həsən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunmuş və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri ilə Qarabağ bölgəsinə səfərdə iştirak edib.

Səfərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri cənab Hikmət Hacıyev rəhbərlik edib.

Proqram çərçivəsində Xocalı, Xankəndi, Şuşa və Laçın şəhərlərinə səfərlər təşkil olunub. Səfər zamanı iştirakçılara Qarabağ bölgəsində həyata keçirilən yenidənqurma, bərpa və abadlıq layihələri barədə ətraflı məlumat verilib və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Səfər zamanı Baş katibi onun müavini Muhammet Alper Hayali müşayiət edib.