TURKPA

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

TURKPA-nın fəaliyyəti haqqında məlumat əldə etmək üçün bizi sosial mediada izləyin

Sosial Media
Ulukbek Karıbek uulu

Ulukbek Karıbek uulu

Qırğız Respublikası Joqorku Keneşinin deputatı
TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının sədri

13 oktyabr 1990-cı ildə Qırğız Respublikasının Oş vilayətinin Çon-Alay rayonunda anadan olub

Təhsili:

2009-cu il — Jusup Balasağın adına Qırğız Milli Universitetinin İdarəetmə və Biznes İnstitutu, keyfiyyətin idarə olunması ixtisası, mühəndis-menecer ixtisas dərəcəsi

Əmək fəaliyyəti:

2011–2013-cü illər — “Exo Manasa” televiziya kanalında müxbir

2013–2016-cı illər — “Tuşunuk” televiziya debat proqramının müəllifi və aparıcısı

2016–2017-ci illər — “Çon-Alay” İctimai Birliyinin rəhbəri

2017–2018-ci illər — Marva TV televiziya kanalının direktoru

2019–2024-cü illər — mədən sənayesində korrupsiya sxemlərini, “Təhlükəsiz şəhər” layihəsində, eləcə də hüquq-mühafizə, səhiyyə və təhsil sahələrində pozuntuları ifşa edən jurnalist araşdırmaları aparıb, ictimai nəzarət və hesabatlılığın gücləndirilməsinə töhfə verib

2024–2025-ci illər — Bişkek Şəhər Keneşinin deputatı, “El Umut” fraksiyasının rəhbəri

2025-ci ilin dekabr ayından — 24 saylı seçki dairəsi üzrə Qırğız Respublikası Joqorku Keneşinin VIII çağırış deputatı

Təltifləri:

Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin Fəxri Fərmanı

Qırğız Respublikasının Əmək və Sosial İnkişaf Nazirliyinin Fəxri Fərmanı

Evlidir, üç övladı var