Sakı Sadıkov
Sakı Sadıkov
Baş katibin müaviniQırğız Respublikası Jogorku Keneşinin nümayəndəsi
1994-cü ildə Qırğızıstan Dövlət Milli Universitetinin Jurnalistika fakültəsini bitirib. 1994-cü ildən 2022-ci ilədək jurnalistlika sahəsində “Qırğız ruhu”, “Uçkun”, “Yıq mildet”, “Erkin Too” və s. kimi müxtəlif jurnallarda müxbir vəzifəsindən başlayaraq baş redaktor vəzifəsinə qədər peşənin bütün mərhələlərini keçib. O, eyni zamanda telekanalda redaktor və prodüser işləyib. 2022-ci ildə Qırğız Respublikası Joqorku Keneşi sədrinin müşaviri təyin edilib.
Beynəlxalq əlaqələr üzrə ixtisaslaşmış jurnalist kimi bu sahədə çoxsaylı məqalələrin və mədəni irsə aid kitabların müəllifidir.
2023-cü ilin sentyabr ayından etibarən TÜRKPA Baş katibin müavini vəzifəsini icra edən kimi fəaliyyətə başlayıb. 2024-cü ildə Baş katibin müavini vəzifəsinə seçilib.