Dastanbek Djumabekov
Qırğız Respublikası Joqorku Keneşinin deputatıTÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının üzvü
2 noyabr 1976-cı ildə Qırğız Respublikasının Talas vilayətinin Kara-Buura rayonunun Satıkey kəndində anadan olub
Təhsili:
2001-ci il — Qırğız Dövlət Milli Universiteti, ixtisası — hüquqşünaslıq
Əmək fəaliyyəti:
2002-ci il — Türkiyənin “Bayamtaş” şirkətinin Qırğız Respublikasındakı nümayəndəliyinin kommersiya direktoru
2005–2007-ci illər — Belçikanın “KASI Training” şirkətində baş menecer
2007–2009-cu illər — “YAKAD” MMC-nin baş direktoru
2009–2010-cu illər — Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin Talas vilayəti səyyar mexanikləşdirilmiş qrupunun rəhbəri
2010-cu il — “Ata-Jurt” siyasi partiyasından Qırğız Respublikası Joqorku Keneşinin V çağırış deputatı
2014-cü ilin may ayı — Qırğız Respublikası Joqorku Keneşində “Ata-Jurt” parlament fraksiyası rəhbərinin müavini
2015-ci ilin iyun ayı — “Ata-Jurt” parlament fraksiyasının rəhbəri
2015-ci il — “Qırğızıstan” siyasi partiyasından Qırğız Respublikası Joqorku Keneşinin VI çağırış deputatı
25 oktyabr 2017-ci il — Qırğız Respublikası Joqorku Keneşinin sədri
28 noyabr 2021-ci il — 20 saylı birmandatlı seçki dairəsi üzrə Qırğız Respublikası Joqorku Keneşinin VII çağırış deputatı
2025-ci ilin noyabr ayı — 16 saylı çoxmandatlı seçki dairəsi üzrə Qırğız Respublikası Joqorku Keneşinin VIII çağırış deputatı, həmçinin Maliyyə, büdcə, sahibkarlıq və rəqabətin inkişafı komitəsinin üzvü
Təltifləri:
Qırğız Respublikasının dövlət qulluğunun 2-ci dərəcəli dövlət müşaviri
Qazaxıstan Respublikasının II dərəcəli “Dostıq” ordeni
Qırğız Respublikası Joqorku Keneşinin Fəxri Fərmanı
Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin Fəxri Fərmanı
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley medalı
digər mükafatlar və fərqlənmələr
Talas vilayətinin, Talas şəhərinin, Talas rayonunun, Bakay-Ata rayonunun, Kara-Buura rayonunun, Manas rayonunun fəxri vətəndaşı
Evlidir, üç övladı var.