TURKPA

TURKPA faoliyati haqida maʼlumot olish uchun bizni ijtimoiy tarmoqlarda kuzating

TURKPA faoliyati haqida maʼlumot olish uchun bizni ijtimoiy tarmoqlarda kuzating

Ijtimoiy tarmoq
Baurcan Datkayev

Baurcan Datkayev

İqtisadi əməkdaşlıq komissiyasının katibi

2001-ci ildə Abılay xan adına Qazaxıstan Dövlət Beynəlxalq Əlaqələr və Dünya Dilləri Universitetini Şərq filologiyası ixtisası üzrə bitirib, təhsil aldığı müddətdə 1998-ci ildən 2000-ci ilədək Türkiyənin Konya şəhərində Səlcuq Universitetində təcrübə keçib.2004-cü ildə T.Rıskulov adına Qazaxıstan İqtisad Universitetin Beynəlxalq iqtisadçi ixtisası üzrə bitirib. 2011-ci ildə “Bolaşak” Qaraqanda Universitetinin Hüquq ixtisası üzrə və 2013-cü ildə Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və yerli idarəetmə ixtisası üzrə magistr dərəcələrini bitirib.Uzun illər ölkənin sosial-iqtisadi vəziyyətinin öyrənilməsi ilə bağlı strukturlarda müxtəlif vəzifələrdə çalışıb. 14 il Qazaxıstan Respublikası Parlamenti Məclisinin Aparatında işləyib. 2021-ci ilin iyun ayından etibarən TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissyasının katibi vəzifəsində çalışır.