TÜRKPA “Qazaxıstan – Azərbaycan: Mədəniyyətlərin Dialoqu” sərgisində iştirak edib
Tarix
Baxış
456
6 may 2026-cı il tarixində TÜRKPA Baş katibinin müavinləri Talqat Aduov, Bektur Bazakeçov və Muhammet Alper Hayali “Qazaxıstan – Azərbaycan: Mədəniyyətlərin Dialoqu” sərgisinin açılış mərasimində iştirak ediblər.
Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən təşkil olunmuş sərgidə Qazaxıstan Respublikasının Abilxan Kasteyev adına Dövlət İncəsənət Muzeyinin kolleksiyasından olan rəsm əsərləri nümayiş etdirilir.
Sərgi Abilxan Kasteyevin bədii irsi və onun Türk dünyasının mədəni irsinə verdiyi töhfələrlə tanış olmaq üçün sənətsevərləri, diplomatları, mədəniyyət xadimlərini və qonaqları bir araya gətirib.
Axtarış
Son Xəbərlər
-
TÜRKPA Türk Mətbəxi Həftəsində iştirak edib
- 22 may 2026