TURKPA

TURKPA faoliyati haqida maʼlumot olish uchun bizni ijtimoiy tarmoqlarda kuzating

TURKPA faoliyati haqida maʼlumot olish uchun bizni ijtimoiy tarmoqlarda kuzating

Ijtimoiy tarmoq
Talgat Aduov

Talgat Aduov

Baş katibin müavini
Qazaxıstan Respublikası Parlamentinin nümayəndəsi

1998-ci ildə İstanbul Mərmərə Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsini bitirib. 2003-cü ildə İslamabadda Pakistan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında ixtisasartırma kursunu bitirib. Bu illər ərzində Talqat Aduov Qazaxıstan Respublikasının müxtəlif dövlət strukturlarında rəhbər vəzifələrdə çalışıb.

2021-ci ildə Qazaxıstan Respublikası Parlamenti Məclisi sədrinin müşaviri vəzifəsində çalışıb. 2018-ci ildən 2020-ci ilədək “Otandastar Qorı” Qeyri-kommersiya Səhmdar Cəmiyyətinin (Soydaşlar Fondu) 1-ci vitse-prezidenti vəzifəsini tutub. 2017-ci ildən 2018-ci ilədək Qazaxıstan Respublikası Baş nazirinin aparat rəhbərinin müavini vəzifəsində çalışıb. 2016-cı ildən 2017-ci ilədək "KazAvtoJol" Milli Şirkəti ASC-nin idarə heyətinin sədr müavini vəzifəsini tutub. 2007-ci ildən 2016-cı ilədək Qazaxıstan Prezidentinin İcra Aparatında dövlət müfəttişi və Prezidentin Protokol Xidmətinin şöbə müdirinin müavini vəzifələrində çalışıb. 

2006-cı ildən 2007-ci ilədək Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi təşkilatlar şöbəsinin müdiri vəzifəsində çalışıb. 2003-cü ildən 2006-cı ilədək Qazaxıstan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin Konsulluq şöbəsinin müdiri və 2-ci katib vəzifələrində çalışıb. 2006-cı ildən 2007-ci ilədək Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin İnvestisiya komitəsinin 3-cü katibi vəzifəsini tutub. 1998-ci ildən 2001-ci ilədək özəl sektorda rəhbər vəzifələrdə çalışıb.

II dərəcəli müşavir diplomatik rütbəsinə malikdir. 

2012-ci ildə “Yeren Enbegi Uşin” medalı ilə (fərqlənməyə görə) təltif edilib.2021-ci ildə TÜRKPA Baş Katibinin müavini vəzifəsinə seçilib.