Bektur Bazakeçov
Baş katibin müavini vəzifəsini icra edənQırğız Respublikası Jogorku Keneşinin nümayəndası
2015-ci ildə Bişkek şəhərində J. Balasağın adına Qırğızıstan Milli Universitetinin Tarix və Regionşünaslıq fakültəsini bitirib. 2015-2016-cı illər ərzində İzmit şəhərindəki Kocaeli Universitetində hazırlıq türk dili proqramını tamamlayıb və 2019-cu ildə həmin universitetin Beynəlxalq münasibətlər kafedrasında Siyasi tarix üzrə magistr dərəcəsi alıb. 2024-cü ildə J. Balasağın adına Qırğızıstan Milli Universitetinin Kadrların yenidən hazırlanması və ixtisasartırma institutunda hüquq ixtisası üzrə təlim keçib. Hazırda həmin universitetin Hüquq İnstitutunda dövlət və beynəlxalq hüquqi fəaliyyət ixtisası üzrə magistratura təhsilini davam etdirir.
Peşəkar fəaliyyətinə 2017-ci ildə “Li Bai” Beynəlxalq İctimai Fondunda layihə meneceri kimi başlayıb. 2019-2020-ci illərdə Qırğız Respublikasının dövlət mobil operatoru olan “MEGA” (Alfa Telecom) şirkətində Xarici əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışıb. 2020–2021-ci illərdə Qırğız Respublikası Rəqəmsal İnkişaf Nazirliyinin tabeliyində olan nəqliyyatın idarə edilməsi üzrə səlahiyyətli dövlət orqanı “Unaa” dövlət agentliyinin direktor köməkçisi vəzifəsində xidmət edib. 2021-ci ildə “TC Meerim” Açıq Səhmdar Cəmiyyətində direktor müavini vəzifəsini tutub. 2022-ci ilin fevralından 2026-cı ilin aprelinədək Qırğız Respublikası Joqorku Keneşində parlament qrupu rəhbərinin məsləhətçisi və müşaviri, daha sonra isə Qırğız Respublikası Joqorku Keneşi Aparat rəhbərinin birinci müavini vəzifələrində çalışıb.O, 3-cü dərəcəli Dövlət Mülki Xidmət Müşaviri ixtisas dərəcəsinə malikdir. Qırğız Respublikası Daxili İşlər Nazirliyinin (2022), Qırğız Respublikası Təhsil və Elm Nazirliyinin (2023), Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (2025) Fəxri Fərmanları, habelə Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin sertifikatı (2022) ilə təltif edilib. 2025-ci ildə Qırğız Respublikası Joqorku Keneşinin “Qanunvericilik fəaliyyətinin inkişafına verdiyi töhfəyə görə” medalı ilə təltif olunub.
2026-cı ilin may ayından etibarən TÜRKPA-nın Baş katibinin müavini vəzifəsini icra edir.