Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü
9 noyabr 2023

1918-ci ildə Azərbaycan Demokratik Respublikasının Dövlət Bayrağını qəbul etdiyi gün - 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Xalqın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirən Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin rəmzi kimi müstəqilliyin bərpasından sonra ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir.

Dövlət Bayrağı Günü münasibətilə qardaş Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırır, sülh, firavanlıq və rifah arzulayırıq.

Bir kərə yüksələn bayraq bir daha enməz!